Daxili orqanlarında narkotik keçirmək istəyən iranlılar saxlanıldı- Foto

11:39 - 23 Noyabr 2018 - Xəbər

Noyabrın 19-da “Biləsuvar” dövlət sərhəd buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana gələn İran vətəndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sər­həd və gömrük baxışı keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna görə saxlanılıb.
Bundan əlavə, noyabrın 20-də həyata keçirilən tədbirlər nəticəsində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu Qaravuldaş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılan bir ədəd bağlamada 990 ədəd “Metadon” psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekursora bənzər maddə aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti