Bakıda marşrut avtobusu qəzaya uğrayıb: xəsarət alanlar var

15:58 - 21 Noyabr 2018 - Xəbər

Bakıda marşrut avtobusu qəza törətdi, 3 nəfər xəstəxanaya yerləşdirildi

Bakıda marşrut avtobusu qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə aeroport yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində baş verib. 136 saylı xətt marşrutu üzrə hərəkətdə olan "Daewoo" markalı avtobusla eyni istiqamətdə olan "Opel" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində avtobusun sərnişinləri-1988-ci il təvəllüdlü Mirzəcanova Nigar Hüseynağa qızı, qadının 2 yaşlı oğlu Mirzəcanlı Ayaz Elgün oğlu və "Opel" markalı avtomobildə olan 1999-cu il təvəllüdlü Haşımova Aydan Haşım qızı bədənin müxtəlif dərəcəli xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda yaralıların vəziyyəti sabitdir. Yaralılardan N.Mirzəcanovanın burun sümüyü sınıb, A.Mirzəcanlı sifət nahiyəsindən xəsarət alıb, A.Haşımovanın isə döş qəfəsi əzilib.

Xəbər xətti