İtən bacısının əslində 10 il əvvəl öldüyünü öyrəndi - Azərbaycanda - FOTO

16:12 - 19 Noyabr 2018 - Xəbər

28 il əvvəl aldadılaraq Türkmənistana aparılan Məhbubənin axtarışına çıxan anası və bacısı canlı yayımda aldıqları xəbər ilə sarsılıblar.

Ucnoqta.az Milli.Az-a istinadən xəbər verir ki, "Səni axtarıram"ın aparıcısı Xoşqədəm anaya qızının ölüm xəbərini verib. Məlum olub ki, yaxınlarının axtarışa verdiyi qadın 10 il öncə vəfat edib.

Efirdə hönkür-hönkür ağlayan yaşlı qadın və bacısına yeganə təsəlli, Məhbubənin studiaya daxil olan 27 yaşlı oğlu olub. 


Xəbər xətti