Ana səhifə
13 Dekabr 2018

Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə

Xaricdən idxal edilən melas məhsulu yerli xammalla əvəz ediləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin istehsalatda idxaldan asılılığın azaldılması,o cümlədən-zəruri ərzaq məhsulu sayılan şəkər məhsulunun yerli xammaldan istehsal edilməsi istiqamətində yürütdüyü siyasətə uyğun olaraq,İmişli şəkər zavodunda növbəti uğurlu layihələr həyata keçirilir.
“Azərsun Holdinq” MMC-in İmişli Şəkər Zavodu emal gücünü iki dəfəyə qədər artırmaqla bərabər çuğundur əkin sahələri də ildən ilə genişlənır. 2017-ci təsərrüfat ili ərzində 14 min hektara yaxın sahədə şəkər çuğunduru əkinçiliyi həyata keçirilib. “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC tərəfindən fermerlərə yaradılan şərait və verilən dəstək bu rəqəmin daha da artmasına müsbət təsir göstərir.
Bu sahənin inkişafına əvvələr göstərilən dövlət qayğısı bir qədər də artırılaraq gübrə və pestisidlərin alınmasına xüsusi subsidiyalar tətbiq edilərsə , əlavə suvarılan torpaqlar ayrılarsa, növbəli əkin sistemi qaydalarını həyata keçirməklə şəkər çuğunduru əkinçiliyini 45 min hektara çatdırmağa imkan yaranar. Hazırda bu sahə üzrə ümumilikdə 100 minə yaxın insanın məşğulluğu təmin edilirsə, yuxarıda qeyd olunmuş addımlar atıldıqda bu rəqəmi dəfələrlə artırılması mümkündür. Şəkər çuğundurunun əkinçiliyi və emalının həcminin artması ilə bərabər istehsal zamanı əldə edilən faydalı yan məhsulların da həcmi yüksəlmişdir. 2017-ci təsərrüfat ili ərzində ölkənin ərzaq təhlükəsizliyi üçün əhəmiyyət kəsb edən 25 min tondan artıq melas da əldə edilib ki, bu da Ölkəmizdə çörək mayası istehsalının əsas xammalı olan melasın idxalının yerli xammal ilə əvəz etmək mümkün olacaq.

Eyni zamanda İmişli Şəkər Zavodunun təkmilləşdirmə və modernizasiya işləri hesabına istehsal gücünün artırılmasını təmin edir ki, bu da gələcəkdə melas məhsulunun ölkə xaricinə ixrac edilməsinə də şərait yaradacaq. İmişli Şəkər Zavodunun istehsal potensialı melas məhsulu ilə bərabər eyni zamanda yanqar məhsulunun illik istehsal həcminin xeyli artırılmasına şərait yaradır. Çörək mayası üçün xammalın yerli istehsal hesabına təmin edilməsi ilə bağlı Azərbaycan Şəkər İstehsalat Birliyi ilə “Azərmaya” ASC arasında melas məhsulunun satışı ilə bağlı müqavilə imzalanıb. Əldə olunan razılaşmaya əsasən Azərbaycan Şəkər İstehsalat Birliyi “Azərmaya” üçün yüksək keyfiyyətli melas istehsal edəcək.  Melas məhsulundan həmçinin yüksək keyfiyyətli 95-96 % spirt və heyvan yeminə qatqı kimi istifadə edilən vinas əldə etmək mümkündür.
Daha dərin emaldan sonra yüksək zülallı, faydalı mikroelementlərlə zəngin melas qalığı yenidən yem istehsalında istifadəyə yararlı vəziyyətə gətirilə bilər. Yaxın gələcəkdə bu məhsuldan daha səmərəli istifadə üçün Melas Qurutma Sexinin yaradılmsı nəzərdə tutulub və bu istiqamətdə zəruri addımlar atılır. Şəkər çuğunduru emalı nəticəsində əldə olunan daha bir faydalı yan məhsul isə yanqardır. Yanqar şirəli yem olaraq iri buynuzlu heyvanların süd artımıında böyük rol oynayır. İmişli Şəkər Zavodunda əldə olunan onmintonlarla yanqar məhsulundan istifadə edərək 6000-ə qədər iri buynuzlu heyvanı bir illik şirəli yem ilə təmin etmək mümkündür.

Hazırda Azərbaycan Şəkər İstehsalat Birliyi yanqar məhsulu xüsusi texnologiya və avadanlıqlar hesabına emal edib qablaşdırılır və heyvandarlıqla məşğul olan fermerlərə münasib qiymətlə təqdim edilir.  Son illər ərzində şəkər çuğunduru əkinçiliyində ciddi uğurlar əldə edilib. İmişli Şəkər Zavodunun istehsal həcminin artırılması, əkin sahələrinin genişlənməsi kənd əhalisinin sosial-rifah halının yüksəlməsinə müsbət töhfə verir. Bu sahənin daha da inkişaf etdirilməsi üçün mütəmadi olaraq “Azərsun Holdinq” tərəfindən müxtəlif layihələr reallaşdırılır və İmişli Şəkər Zavodunda innovasiya işlərinin həyata keçirilməsi üçün əlavə vəsaitlər yönəldilir.

Qeyd edək ki, şəkər çuğunduru əkin sahələrinin genişlənməsi hesabına 2017-ci təsərrüfat ili ərzində 80 min tondan artıq yanqar istehsal edilib və ölkə heyvandarlarına satılıb.

Emin

Tarix
12 Noyabr 2018 [19:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin