Bakıda “KamAZ” yol polisi maşınına çırpıldı - Video

14:52 - 30 Oktyabr 2018 - HADİSƏ

Ötən gecə Bakının Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib. 

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, “Şaqman” markalı yük maşının sürücüsü yol hərəkət qaydalarını pozaraq ötmə əməliyyatı edib. Nəticədə “KamAZ”la yolun sağında divar arasında sıxılaraq qalıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzadan 30 dəqiqə sonra yük yeri taxılla dolu olan digər bir “Kamaz” DYP xidmətinin maşınına çırpılıb.
Hadisə nəticəsində yaralanan olmayıb, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti