Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb - FOTO

14:46 - 26 Oktyabr 2018 - HADİSƏ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Zaqatala rayonunda baş verib. Belə ki, Dövlət Agentliyinin "Mitsubishi" avtomobili ötmə əməliyyatı etmək istəyərkən "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə "Mitsubishi" iki dəfə aşaraq yanmağa başlayıb.
Hadisə zamanı iki nəfər yüngül xəsarət alıb, hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti