Ana səhifə
20 Noyabr 2018

İlhamə Quliyevanın oğlunun yeni əməlləri üzə çıxdı

Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı və vərəsəsi olan Gülbahar Quliyeva Orxan Nadirov haqqında polisə şikayət edib. 

 İlhamə Quliyevadan qalma miras mənzil G.Quliyeva tərəfindən qəbul etdikdən sonra müəyyən olunub ki, mənzilin əşyalarının böyük hissəsi Orxan Nadirov tərəfindən talanaraq satılıb. Bundan başqa, o da müəyyən olunub ki, O.Nadirov İ.Quliyevaya məxsus BMW markalı avtomobili sürücüsü Vüsalın əlindən alaraq satıb.  G.Quliyeva O.Nadirov haqqında Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.

Qeyd edək ki, O.Nadirov oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb. 

O.Nadirov ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb. 

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında, 73 yaşında dünyasını dəyişib.oxu.az

Tarix
15 Oktyabr 2018 [15:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin