Ramil Şeydayev Mahir Mədətovun müdafiəsinə qalxdı

21:20 - 5 Oktyabr 2018 - İDMAN

Millimizin üzvü Ramil Şeydayev “Qarabağ”ın futbolçusu Mahir Mədətovun Avropa Liqasının qrup mərhələsinin II turunda Bakıda “Arsenal”la keçirilən görüşdə əvəzlənərkən azarkeşlər tərəfindən fitə basılmağına münasibət bildirib.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, “Krılya Sovetov”un futbolçusu şəxsi Instaqram səhifəsində bu barədə paylaşım edib. O, millidə komanda yoldaşı olan gənc hücumçunu müdafiə edib, azarkeşləri yerli futbolçulara dəstək olmağa çağırıb:
“Salam qardaşlar! Azarkeşlərimizə səslənmək istərdim. Dünən “Qarabağ” – “Arsenal” matçını izlədim. Qardaşımız Mahir Mədətov əvəzlənəndə stadion onu fitə basmağa başladı!
Nəyə görə? Niyə? O, bizim oyunçumuzdur, Azərbaycanın ən güclü və parlaq oyunçularından biridir. Ən yaxşısı, gəlin ona dəstək olaq, onu alqışlayaq. O sizin dəstəyinizi hiss etsin və daha da güclü olsun!
Hər kəsin çətin dönəmləri olur. Heç kimi, xüsusilə də gənc oyunçuları təhqir etmək olmaz. Dostlar, öz oyunçularınıza hörmətlə yanaşın. Biz daha güclü olmağa çalışırıq, biz sizinlə birlikdə qazanmaq istəyirik, çətin dəqiqələrdə də dəstək olun!
Biz bir olmalıyıq, biz azərbaycanlıyıq. İstənilən vəziyyətdə bir-birimizə dəstək olmalıyıq! Onda biz sizin köməyinizlə daha da güclü olacağıq! Çox sağ olun!”

Qeyd edək ki, Mahir Mədətovun “Arsenal”la görüşdə bir neçə qol epizodunu dəyərləndirə bilməməsi azarkeşlərin etirazına səbəb olub. Ona komandanı kapitan kimi meydana çıxarmış Maksim Medvedev də dəstək olub.

Xəbər xətti