Ana səhifə Mobil versiya
22 Sentyabr 2019

Nazpəriyə 350 min ödənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Nazpəri Dostəliyevanın və digər şəxslərin evindən oğurluq etməkdə təqsirləndirilən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli, Asif Həmidov, Cavid Əliyev və Natiq Fərəcovun məhkəməsi keçirilib.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə zərərçəkmiş Nazpəri Dostəliyevanın məhkəməyə gəlmədiyi bildirilib.
O, teleqram vuraraq prosesdə iştirak edə bilməyəcəyini deyib: “İstintaqa verdiyim ifadəmi təklif edirəm. Mənə dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxslərdən şikayətçi deyiləm”.
Proses oktyabrın 4-də davam etdiriləcək.

N.Dostəliyeva istintaqa ifadəsində deyib ki, evindən ümumilikdə 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min fund-sterlinq maddi ziyan dəyib: "İstintaq dövründə qızıllarım və pullarımın bir qismi qaytarıldı. Daha sonra təqsirləndirilən şəxslərin valideynləri tərəfindən yerdə qalan qızıl və pulum da ödənilib".qafqazinfo

Tarix
27 Sentyabr 2018 [12:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-09-27 12:43:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin