UEFA Millətlər Liqasının rəsmi topu nümayiş olunub

14:47 - 28 Avqust 2018 - İDMAN

UEFA Millətlər Liqasının rəsmi topu nümayiş olunub. “Report” footyheadlines.com saytına istinadən xəbər verir ki, ilk dəfə təşkil olunacaq yarışda ağ və gümüşü rənglərin vəhdətindən hazırlanan topdan istifadə olunacaq. Topun üzərində Avropa ölkələrinin bayraqları da əksini tapıb. Qeyd edək ki, Millətlər Liqasının qrup mərhələsinin oyunları 6 sentyabr – 20 noyabrda keçiriləcək. D liqasının III qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Kosovo ilə evdə, 10-da isə Maltayla səfərdə qarşılaşacaq.

Xəbər xətti