Ana səhifə
21 Noyabr 2018

Qurban Qurbanov millinin heyətini açıqladı

 Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının ilk iki oyunu – Kosovo ilə sentyabrın 7-də Bakıda və Malta ilə sentyabrın 10-da səfərdəki oyunlar üçün yığmanın heyətini açıqlayıb.

Təcrübəli mütəxəssis 25 futbolçuya dəvət göndərib. Sabahdan təlim-məşq tolanışına çağırılan oyunçular arasında Avropa Liqasının pley-off raundunun cavab görüşündə Moldova “Şerif”i ilə matçda iştirak edəcək “Qarabağ”ın oyunçuları olmayacaq. Debütantlara gəlincə, yalnız Bəxtiyar Həsənalızadə milli düşərgəyə ilk dəfə dəvət alıb.
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Səbail”);
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi “Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);
Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev (hamısı “Neftçi”), Cavid Hüseynov (“Qəbələ”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana” Qazaxıstan), Dmitri Nazarov (“Aue”, Almaniya);
Hücumçular: Mahir Mədətov (“Qarabağ), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rauf Əliyev (“Qəbələ”), Ruslan Qurbanov (“Səbail”).qafqazinfo

Tarix
27 Avqust 2018 [14:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin