Sərhədçilərin taktiki döyüş təlimi sona çatıb - FOTO

16:02 - 20 Avqust 2018 - Xəbər

Dövlət Sər­həd Xidmətinin (DSX) silahlı birləşmələrinin birgə taktiki döyüş təlimi sona çatıb.

​DSX-dən verilən məlumata görə, “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölmə­sin­də təhlükəsizliyin təmin edilməsi” mövzusunda keçirilən taktiki döyüş təli­minin əsas hədəfləri Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mü­ha­fi­zəsi­nin təşkili, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlan­ması, dənizdə və sahildə təxribat qruplarının axtarışı və zə­rər­sizləşdi­rilməsi, gəmi və helikopterlərlə sərhəd axtarışının aparıl­ması, raket-ar­tilleriya qurğularından atışların keçirilməsi, sərhəd sula­rından qa­nun­suz məqsədlərlə istifadə hallarının, narkotik vasitələrin və digər qa­çaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınma­sı üzrə şəxsi heyətin peşəkarlıq səviyyəsinin yoxlanılması və təkmil­ləşdi­ril­məsi olub. DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gə­milərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatları və heli­kopterlərinin raket komplekslərindən, zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə hə­yata keçirilib, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı və sahildə dü­şərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi üz­rə tapşırıqlar yüksək məharətlə icra edilib. Təlimdə qarşıya qoyu­lan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sər­həd Xidməti Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mər­kə­zi”ndə in­şa edilmiş, itisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl na­viqasiya və radiotexniki avadanlıqlarla, müasir silahlarla təchiz edil­miş sərhəd gözətçi gəmiləri taktiki döyüş təlimində yüksək manevr im­kanları və döyüş qabiliyyəti nümayiş etdiriblər. DSX-nin rəisi general-polkovnik Elçin Quliyev taktiki döyüş təliminin uğurlu yekunu, nümayiş etdirilmiş yüksək döyüş qabiliyyəti münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsinin, neft-qaz hasilatı və daşın­ması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üzrə vəzifələrin Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında yerinə yetirməyin böyük şərəf olmasını xü­su­si vurğulayıb, Xəzər dənizində sərhəd müha­fizə imkanlarının tək­mil­ləş­dirilməsi, şəxsi heyətin peşəkarlığının daha da təkmilləşdirilməsi üzrə tapşırıqlar verib, xidməti-döyüş fəaliyyə­tin­də növbəti uğurlar ar­zu­­layıb.


Xəbər xətti