Ana səhifə
18 Dekabr 2018

İqor Ponomaryov: “Qarabağ” BATE ilə cavab oyununda psixoloji üstünlüyə malikdir”

“Klub rəhbərliyi mənimlə əlaqə saxladı və Müşahidə Şurasında yer almağımı təklif etdi. Mən də məmnuniyyətlə razılaşdım”.

Ucnoqta.az xəbər verir ki, bunu “Report”a “Sabah” futbol klubunun Müşahidə Şurasının üzvü İqor Ponomaryov deyib. Azərbaycan Premyer Liqasının I turunda debütantın səfərdə “Keşlə”ni 1:0 hesablı məğlub etdiyi görüşün fasiləsində fikirlərini bölüşən 58 yaşlı mütəxəssis imkan düşdükcə komandanın oyunlarına gələcəyini söyləyib: “İsveçdə yaşadığım üçün bütün matçlara gəlmək imkanım yoxdur. Klubdakı öhdəliyim idman məsələləri ilə bağlıdır. Avropadan və ya yaşadığım ölkədən “Sabah”a futbolçu gətirməkdə köməklik göstərməyim müzakirə olunmayıb. Komanda elitaya yeni çıxıb. Hələlik baxırıq, hansı işləri görəcəyimiz gedişatda bəlli olacaq. Çempionatın səviyyəsi barədə nəsə deməyə çətinlik çəkirəm. Çünki hələ ilk turdur”.

2004/2005 mövsümündə “Qarabağ”a rəhbərlik etmiş Ponomaryov sabiq komandasının Çempionlar Liqasının III təsnifat mərhələsindəki şansını da dəyərləndirib. O, Ağdam təmsilçisinin Bakıda BATE-yə 0:1 hesabı ilə uduzmasına rəğmən, Belarusda pley-offa vəsiqə qazanmaq üçün yaxşı imkanının olduğunu vurğulayıb: “İlk matçda sürüşkən hesab qeydə alınıb. Belarusda lazımı nəticəni təmin edib, mərhələ keçmək olar. 1:0 – böyük hesab deyil. Bu baxımdan, “Qarabağ”ın BATE ilə cavab oyununda psixoloji baxımdan üstünlüyə malik olduğunu düşünürəm”.

2009-cu ildə “Xəzər Lənkəran”ın baş məşqçisi postunu tərk etdikdən sonra heç bir komandanın sükanı arxasına keçməyən təcrübəli mütəxəssis karyerasını bərpa etməyə can atmadığını deyib: “Hələlik belə bir fikrim yoxdur. Belə bir variant yaranarsa, hansı qərarı verəcəyimi bilmirəm. Hələlik buna can atmıram”.

Qeyd edək ki, İqor Ponomaryov baş məşqçi karyerası ərzində Azərbaycan millisinə, eləcə də İsveçin “Sürianska” və Rusiyanın “Maşuk-KMB” komandalarına rəhbərlik edib.

Tarix
13 Avqust 2018 [11:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin