Şabranda avtomobil piyadanı vurub öldürüb

12:37 - 9 Avqust 2018 - HADİSƏ

Şabran rayonunun Sincanboyad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, avqustun 8-də saat 03 radələrində Şabran rayonunun Sincanboyad kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qorğan kənd sakini Rauf Hacıyev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər xətti