Ana səhifə
15 Oktyabr 2018

İtaliyan Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini dəstəkləyir

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi ilə görüşüb

 

Ucnoqta.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüş əsnasında nazirlər Italiya prezidenti Sercio Mattarellanın Azərbaycana həyata keçirilən rəsmi səfərini iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndiriblər.
Nazir Elmar Məmmədyarov İtaliya prezidentinin ölkəmizə ilk səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşün və apardığı müzakirələrin siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın təşviqi üçün mühüm təkan verəcəyini qeyd edib.

Nazir Elmar Məmmədyarov İtaliyanın bu il ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını həyata keçirdiyini nəzərə alaraq, İtaliyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə gedən danışıqlar prosesinə diqqət yetirməsinin əhəmiyyətinə toxunub. Nazir E.Məmmədyarov bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və münaqişənin bu prinsiplər əsasında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli olduğunu bildirib.

İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu xatırladan nazir E.Məmmədyarov Cənub Qaz Dəhlizinin işə düşməsinin əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib. 

Enzo Moavero Milanesi ölkəmizə səfərindən məmnunluğunu bildirdi. İkitərəfli əlaqələrlə barabər İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini dəstəklədiyini deyib. 

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
18 İyul 2018 [17:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin