Ana səhifə
16 Oktyabr 2018

Bakı-Qazax yolunda qəza: xəsarət alanlar var

Kürdəmirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün saat 14:30 radələrində Bakı-Qazax yolunun 180 km-də,  Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Suraxanı rayon sakini, 1991-ci il təvəllüdlü  Səxavət Sakit oğlu Əliyevin idarə etdiyi "Daewoo" markalı avtomaşın Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb.
Nəticədə avtomobildə olan sərnişinlər 30 yaşlı Əliyev Pərviz Sakit oğlu, 54 yaşlı Əliyeva Nazilə Qəni qızı və 29 yaşlı Əliyeva Nurlana Arzu qızı müxtəlif növ ağır bədən xəsarətləri alaraq Kürdəmir  Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tarix
17 İyul 2018 [16:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin