Raquf Orucova həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” sənədli filminin təqdimatı keçirilib.

Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə keçirilən toplantıda kütləvi informasiya vasitələrinin təmsilçiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 Tədbirdə ilk olaraq "Ruhun həsrəti" sənədli filmi nümayiş olunub.
 Filmin nümayişindən sonra akademik Gövhər Baxşəliyeva bildirib ki, R. Orucov Murovdağda kəşfiyyat bölüyünün komandiri kimi dşmənlə üz-üzə ağır hərbçi həyatı yaşayıb. 
 "Kaspi" qəzetinin təsisçisi və baş redaktoru Sona Vəliyeva qeyd edib ki, gənc nəsil vətən uğrunda canlarından keçən qəhrəmanları, o cümlədən R. Orucovu yaxından tanımalıdır. 
 Cahangir Məmmədli sənədli filmin telekanallarda nümayişinin zəruriliyini vurğulayıb.

Bundan əvvəl aprel şəhidləri olan pilotlara həsr olunmuş “Aprel şəkilləri” sənədli filminin təqdimatının keçirildiyini xatırladan MŞ sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, "Ruhun həsrəti" filminin çəkilişləri Bakıda və Ağdamda aparılıb.
 Tədbir zamanı bildirilib ki, Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir.
 Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü ilə hazırlanan filmin ssenarisi şəhidin həyat yoldaşı Sevinc Orucovaya məxsusdur. Filmin rejissorları Kəmalə Mirzəyeva və Miranə İsmayıl, layihənin rəhbərləri Ə. Amaşov və Bəxtiyar Qaracadır.Apa

Tarix
27 İyun 2018 [12:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-06-27 12:22:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin