"Qarabağ” 9 futbolçu ilə yollarını ayırdı

16:02 - 24 May 2018 - İDMAN

“Qarabağ” futbol klubu 9 futbolçu ilə yollarını ayırdı

Ucnoqta.az klubun saytına istinadən xəbər verir ki, İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov və Arif Daşdəmirovun müqaviləsinin bitdiyi, eyni zamanda Pedro Enrike və Ramil Şeydayevin icarə müddəti başa çatıb.
Klub onlara göstərdikləri xidmətlər qarşılığında təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər xətti