Sahibkarlığın hüquqi bazası yaradıldı

19:42 - 24 May 2018 - KİVDF

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu, hüquqi dövlət quruculuğu istiqamətində önəmli addımlar atdı.

Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət oldu.Onun  fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr təşkil etdi. Sahibkarlıq subyektlərinin hüquqlarının qorunması istiq amətində bir sıra proqram və qanunlar qəbul edildi.
Ümummilli lider Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərdi. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atıldı və onların həyata keçirilməsinə başlanıldı. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynadı.

Bəli, Ulu öndər Azərbaycanda daim sosialyönümlü bazar iqtisadiyyatının tərəfdarı olub, özəl sektorun dinamik inkişafı şəraitində sosial problemlərin həllinə, o cümlədən işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin qanunauyğun qaydada tənzimlənməsini təmin etmək üçün dəfələrlə qanunvericilik təşəbbüsündən istifadə edib. Xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabətə əsaslanan sərbəst iqtisadi münasibətlər sisteminə keçid bilavasitə mülkiyyət münasibətlərinin kökündən dəyişdirilməsi, iqtisadiyyatın liberallaşdırılması məsələlərini zəruri edirdi.  Demək olar ki, ö dövrdə əmlakın 95%-dən çoxunun dövlətin nəzarətində olduğu bir şəraitdə özəlləşdirilmə aktual məsələyə çevrilmişdir. Ümmummilii Liderin rəhbərliyi ilə hökumət səviyyəsində, iqtisadiyyatla məşğul olan elmi təşkilatlar, iqtisadçı alimlər, ictimai-siyasi təşkilatlarla aparılan müzakirələrdə mülkiyyət islahatları və dövlət əmlakının özəlləşdirilməsi iqtisadi islahatların həlledici istiqaməti kimi ön plana çıxırdı.

Bu, hər şeydən əvvəl onunla izah olunurdu ki, ölkə iqtisadiyyatının ilkin özəklərini təşkil edən müəssisələr, təsərrüfat strukturları və istehsal obyektləri dövlət mülkiyyətində idilər. Belə bir şəraitdə iqtisadiyyatda sabitləşmənin, liberallaşmanın və sahibkarlığın inkişafının təmin olunması bu müəssisələrin tez bir zamanda özəlləşməsindən bilavasitə asılı idi.
Mülkiyyətin özəlləşdirilməsi ölkəmizin özəlləşdirməqabağı iqtisadi vəziyyəti, ümumi sosial-iqtisadi göstəriciləri və tənəzzül meyilləri ilə də şərtlənirdi. Bu,milli neft strategiyasının uğurla reallaşmasından sonra özəlləşdirmə prosesinin həyata keçirilməsi, onun hüququ bazasının yaradılması asanlaşdı. Dövlət əmlakının özəlləşdirilməsi, iqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən regiolnların sosial-iqtisadi inkişafına güclü təkan vedi. Sahibkarlıq sektorunda canlanma yarandı. Bu dövr ərzində sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları onun bir sistem halında hüquqi bazasını təşkil etdi. Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramının qəbul edilməsi regionların inkişafında önəmli rol oynadı. Kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Dövlət Proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırıldı. Həmin dövrdə sahikarlar üzrə vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atıldı: mənfəət və əlvə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salındı, kiçik sahibkarlıq sübyektlərinin bir hissəsinə vahid vergi tətbiq edildi.

Aqrar sahədə də bir sıra islahatlar həyata keçirildi. 1995-1996-cı illərdə "Aqrar islahatların əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı" haqqında qanunların, habelə digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açdı. "Torpaq islahatı haqqında" qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi məsələlər əksini tapdı. Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla, bütün müəssisələr, o cümlədən sovxozlar və kolxozlar ləğv edildi, onların əmlakı təsərrüfat üzvləri arasında ədalətli şəkildə bölüşdürüldü. Qeyd edək ki, ölkədə aparılan torpaq islahatı nəticəsində 870 832 ailə (3,4 milyon subyekt) torpaq mülkiyyətçisinə çevrildi və 2032 kolxoz və sovxoz ləğv edildi. Azərbaycan Respublikasında aqrar islahatların birinci mərhələsində aqrar islahatların həyata  keçirilməsini təmin edən müvafiq normativ-hüquqi baza yaradıldı, torpaq islahatı, keçmiş kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi başa çatdı. Həmin vaxt kənddə bazar iqtisadiyyatına xas olan yeni təsərrüfat subyektləri formalaşmağa başladı, yeni mülkiyyətçilər təbəqəsi-fermerlər təşəkkül tapdı. Kənd təsərrüfatı məhsulunun 95 faizdən çoxu özəl bölmədə istehsal olunmağa başladı. 1996-cı ildən beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsinə başlanan ərzaq proqramı kənd təsərrüfatının davamlı inkişafı və yoxsulluğun azaldılması ilə birgə ərzaq təhlükəsizliyinin uzunmüddətli təkmilləşdirilməsinə yönəldi.

Bu dövrdə önəmli addımlardan biri də dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən su istifadə halları ilə mübarizənin genişləndirilməsi idi. Bu məqsədlə ölkə prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzalandı. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük verdi, səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sistemi tətbiq oldu. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olunub və burada mövcud boşluqların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edidi. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutdu.
1999-cu ildə "Yeyinti məhsulları haqqında" Qanun, «1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı», 2001-ci ildə  "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" qəbul olundu.

(davamı var)
 
 

Xəbər xətti