“Nağdsız əməliyyatların stimullaşdırılması və əhatəsinin genişləndirilməsi məqsədilə belə əməliyyatlar üzrə ictimai-iaşə sektoruna vergi güzəştlərinin verilməsi və dərəcələrin azaldılması, habelə əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyat tədbirinin 200 min manatdan 400 min manatadək artırılması təklif olunur”.
Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat siyasət, sənayə və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. 
"Bu məqama xüsusi ilə diqqət yetirməyinizi xahiş edirəm. Çünki biz son həftələrdə müşahidə edirik ki, bu barədə mediada özlərini müstəqil ekspert adlandıran iqtisadçılar tərəfindən bəzən çaşdırıcı məlumatlar təqdim olunur” – deyə nazir bildirib.
"Əldə edilmiş naliyyətləri qorumaq və daha da artırmaq üçün vergi inzibatçılığının kifayət qədər gücləndirilməsini nəzərə alaraq, eyni zamanda leqallaşma prosesinin davam etdirilməsi üçün münbit şəraitin yaradıb qorunması üçün, o cümlədən daha aşağı gəlirlərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft-qaz sektorunun da əməkhaqlarının tədricən, mərəhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilmişdir. 
                       
                                             
                                                        
“Bu asan müzakirələr olmayıb, burada müxtəlif baxışlar olub. Təqdim olunan sənəd vahid baxışı əks etdirir” - nazir əlavə edib.