Bərdədə atanın başından çəkiclə vurulub, oğlu bıçaqlanıb - FOTO

20:14 - 10 May 2018 - HADİSƏ

Bərdə rayonunda atanın başından çəkiclə vurulub, oğlu isə bıçaqlanıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Ramiz və Yusif Əliyevlər müxtəlif dərəcəli bədən xəsarəti ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.  Bərdə Rayon Polid Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Adil İbrahimov şübhəli şəxs qismində saxlanılıb. Onun istifadə etdiyi bıçaq və çəkic isə maddi sübut kimi götürülüb. A.İbrahimov ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti