İnsanların təbii, ayrılmaz və demokratik hüquqları qanunvericilik yolu ilə qorunur

18:12 - 10 May 2018 - KİVDF

Cinayət Məcəlləsinə dəyişikliklər edilib, həbs qətimkan tədbirinin seçilməsi qaydası təkmilləşdirilib

Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir. Hüquqi dövlətin ən mühüm prinsiplərindlən biri olan insanların təbii, ayrılmaz və demokratik hüquqlarınm geniş kompleksini qanunvericilik yolu ilə təsbit etmək, onun reallığına hüquqi, maddi, mənəvi və digər üsullarla təminat vermək, hər hansı qəsddən hüquqi vasitələrlə etibarlı şəkildə müdafiə etməkdir ki, bu da Konstitusiyamızda öz əksini tam dolğunluğu ilə tapmışdır.

Təbii ki, müstəqil məhkəmə hakimiyyəti yaratmadan mükəmməl siyasi sistem qurmaq mümkün olmazdı. Belə məhkəmə hakimiyyəti yaratmaq üçün isə ölkədə genişmiqyaslı məhkəmə-hüquq islahatları aparılıb, ədalət məhkəməsinin səmərəliliyi yüksəlib, qanunvericilikdən irəli gələn məsələlər öz həllini tapıb. Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə böyük işlər görülüb. Bu gün İlham Əliyevin rəhbərliyi ilə də uğurlu islahatlar davam edir. Bi barədə ədalət məhkəməsinin səmərəliliyi liyyə naziri Fikrət Məmmədov deyib ki, təməli dahi öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət inkişafı kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir, dünyada baş verən siyasi və iqtisadi təlatümlərə, qlobal böhranlara baxmayaraq ölkəmizdə sabitlik və intensiv inkişafın təmin edilib. 2017-ci ildə Məhkəmə-Hüquq Şurası tərəfindən bu sahədə yeni qanunvericilikdən irəli gələn məsələlər, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və məsuliyyət hissinin yüksəldilməsi, korrupsiya, süründürməçilik və digər neqativ halların aradan qaldırılması, hakimliyə namizədlərin seçimi ilə bağlı 30-dək məsələyə baxılıb. “Dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi barədə 10.02.2017-ci il tarixli Sərəncamı bütün hüquq-mühafizə orqanları və məhkəmələr üçün “yol xəritəsi”nə çevrilib. Bu müstəsna əhəmiyyətə malik sənədin icrası üzrə tədbirlər Məhkəmə-Hüquq Şurasında müzakirə olunub, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliklər edilib, həbs qətimkan tədbirinin seçilməsi qaydası təkmilləşdirilib, onun müddətinin uzadılmasına təsirli nəzarət mexanizmləri yaradılıb”.

Nazir qeyd edib ki, görülmüş ardıcıl tədbirlər nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 25%-dək azalıb, müxtəlif əsaslarla həbsdən azad edilənlərin sayı isə 15% artıb. Həmçinin, həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmələrə verilən təqdimatların sayı 26%, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə 1/3 qədər azalıb. 

Nazir bildirib ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında müasir məhkəmə infrastrukturunun yaradılmasının əhəmiyyəti nəzərə alınaraq, bu sahədə ardıcıl işlər görülüb. “Ədalət mühakiməsinin səmərəliliyinin arıtırlması üzrə məqsədyönlü tədbirlər məhkəmə işlərinin keyfiyyətinə də təsir göstərib, 2017-ci ildə birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 97,6%-i, hökmlərin isə 88,3 %-i dəyişdirilməyərək sabit qalıb”.

Fikrət Məmmədov bildirib ki, görülmüş kompleks tədbirlər nəticəsində cəmiyyətdə məhkəmələrə inam xeyli artıb. Artıq insanlar pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə daha çox üstünlük verirlər. Dövlət başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamına uyğun olaraq məhkəmə fəaliyyətinin elektronlaşdırılması və bu məqsədlə elektron məhkəmə sisteminin tətbiqi ilə vətəndaşlar məhkəmələrə, həmçinin elektron qaydada müraciət etmək imkanı əldə ediblər. Eyni zamanda, Dünya Bankı ilə birgə həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində məhkəmə sisteminin vahid internet portalı (www.courts.az) yenilənərək zənginləşdirilib, o cümlədən portalda "E-məhkəmə" bölməsi yaradılıb. “Vətəndaşlar portal vasitəsilə məhkəmələr barədə daha ətraflı məlumatları əldə etmək, "şəxsi kabinetdən" istifadə etmək, iqtisadi mübahisələrlə bağlı elektron qaydada iddia ərizələri vermək, baxılan işlər, keçirilən iclaslar və çıxarılan qərarlar barədə elektron qaydada məlumatları almaq, məhkəmə rüsumlarını elektron qaydada ödəmək və s. imkanı qazanıblar”.

Ötən ilin sonunadək elektron məhkəmə sistemi ölkə üzrə bütün məhkəmələrin 60 faizini əhatə edib. Eyni zamanda, sistemin tərkib hissəsi olan "elektron icra"nın yaradılması üzrə tədbirlər görülərək icra qurumlarında onun bir sıra komponentlərinin tətbiqinə başlanılıb. Cari ilin əvvəlindən isə iqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılması təmin olunur. Bir sözlə ədliyyə sistemi müasit İKT ilə təchiz edilib və Avropa Məhkəməsinin hakimləri və təcrübəli ekspertlərin iştirakı ilə video-konfrans vasitəsilə distant təlimlərin keçirilməsinə başlanılıb. Bütün bunlar məhkəmə sisteminin daha səmərəli olmasına xidmət edir.

Nazir qeyd edib ki, məhkəmələrin çıxardıqları qərarların icrasına xitam verilməsi səlahiyyətlərinin icra məmurlarına verilməsi məhkəmələrdə iş yükünün azalmasına təsir göstərib, həmçinin bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib. Bununla yanaşı, vətəndaşların hüquqlarının etibarlı təmin olunması məqsədilə icra məmurunun qərarından məhkəməyə şikayət vermək hüququ təsbit edilib.Eyni zamanda, mülki xarakterli işlərin təxminən 60 faizini əmr icraatı qaydasında baxılan mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlər təşkil edir. Bu sahədə inkişaf etmiş xarici dövlətlərin təcrübəsi göstərir ki, əmr icraatı ilə bağlı işlərə məhkəmədən kənar mərkəzləşdirilmiş formada elektron qaydada baxılır. Bununla əlaqədar xüsusi proqram təminatı yaradılıb, bu cür işlərə elektron sistemlər tətbiq olunmaqla ən qısa müddətdə baxılır.”Düşünürəm ki, bu sahədə yeni prosedurun tətbiqi məhkəmələrin iş yükünün azalmasına, məsələnin operativ həllinə, insan resurslarının səmərəli istifadəsinə, işlərə  daha qısa müddətdə baxılmasına öz müsbət təsirini göstərəcəkdir”.

Nazir qeyd edib ki, məhkəmə sistemində aparılan islahatlar mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. 2017-ci ildə Avropa Şurası tərəfindən keçirilən müsabiqədə Azərbaycan Məhkəmə-Hüquq Şurasının "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adılı layihəsi "Ədliyyənin Kristal Tərəzisi" nüfuzlu mükafatına layiq görülüb.  

Həmçinin, Avropa Şurasının müraciəti əsasında ötən ildə Azərbaycan nümayəndə heyəti tərəfindən Moldovaya səfər edilərək məhkəmə infrastrukturunun yaradılması sahəsində müsbət təcrübəmizlə bölüşülüb, Moskva Şəhər Məhkəməsi sədrinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti ölkəmizə səfər edərək məhkəmə sistemimizdəki yenilikləri, o cümlədən elektron məhkəmənin tətbiqi təcrübəsini öyrənib. 
Qeyd edək ki, Avropa Şurasının mühüm təsisatı olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa, Komissiyasının (CEPEJ) bütün üzv dövlətlərdə yayılan dövrü nəşrində Azərbaycanda həyata keçirilən məhkəmə islahatlarına böyük önəm verərək buna ayrıca bölmə həsr etmişdir. Avropalı ekspertlər Azərbaycan hakimiyyətinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib və belə qənaətə gəliblər ki, ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, ən müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqində Azərbaycan bir çox Avropa ölkələrinə nümunə ola bilər.

Xəbər xətti