Banklar sabahdan gücləndirilmiş iş rejimində çalışacaq

Növbəti dəfə keçiriləcək Bakı Ticarət Festivalı (“shopping festival”) ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə may ayının 1-dən 31-nə qədər 23 bankın 48-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Ucnoqta.az xəbər verir ki, Palatadan Trend-ə verilən məlumata görə, festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək. Festivalla əlaqədar olaraq MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir sualla bağlı ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər: Koordinator: Vüsal Həsənov Email: vü[email protected] Tel: (+994) 12 493 50-58 (daxili 429) Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.
Tarix
30 Aprel 2018 [21:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-04-30 21:09:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin