Ana səhifə
27 May 2018

SKMF indiyədək 35 min sahibkara 2,1 mlrd. manat kredit verib

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyət dövrü ərzində ümumi dəyəri 4,7 mlrd. manat olan investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 34963 sahibkara 2,1 mlrd. manat ədan artıq güzəştli kredit verilib.

Ucnoqta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun cari ilin birinci rübündə fəaliyyəti barədə məlumat verərkən bildirib.
Ş.Abdullayevin sözlərinə görə, bu kreditlər hesabına 160 minədək yeni iş yeri yaradılıb.

"Güzəştli kreditlərin 71%-i aqrar sektorun, 29%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 75%-i ölkə regionlarının, 25%-i isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 93%-ni kiçik və orta həcmli kreditlər təşkil edir",- deyə Ş.Abdullayev vurğulayıb.

Tarix
18 Aprel 2018 [11:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin