Sumqayıtda yaşayış binasında yanğın olub

11:25 - 15 Aprel 2018 - HADİSƏ

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub. Ucnoqta.az FHN-nin saytına istinadən xəbər verir ki, binanın pilləkən qəfəsində quraşdırılmış 8 ədəd sayğac, 8 ədəd qoruyucu açar və 2 p.m elektrik kabeli yanıb. Yanğın zamanı binadan 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti