Bitkoin bahalaşıb

Geosiyasi gərginliyin artması, xüsusilə də Qərb koalisiyasının Suriyaya zərbə endirməsi fonunda kriptovalyuta bazarında artım davam edib. Bitkoinin qiyməti 8 min dollar həddini keçib. Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 2,55% bahalaşaraq 8,010 min dollar təşkil edib. Alternativ kriptovalyutaların qiymətində də artım davam edir. Belə ki, "Ethereum" 3,76% və ya 514,6 dollaradək, "Ripple" 5,15% (0,64 dollara qədər), "Bitcoin Cash" isə 1,91% (749,16 dollaradək) bahalaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 320,806 milyard dollar təşkil edir. Bu göstəricinin 42,4%-ə yaxını bitkoinin payına düşür.
Tarix
14 Aprel 2018 [19:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin