Azərbaycan bankları nağd dollar alışını 2 dəfə artırıb

18:03 - 10 Aprel 2018 - İQTİSADİYYAT

 Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin fevral ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhalidən 71,272 mln. ABŞ dollarının xalis alışını həyata keçirib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, yanvarda olduğu kimi fevralda da dollar alışı dollar satışını üstələyib. Bundan başqa, əvvəlki ayla müqayisədə alış 2 dəfədən çox artıb.

Hesabata əsasən, fevralda banklar əhalidən 222,427 mln. nağd dollar alıb, əhaliyə 151,155 mln. nağd dollar satıb. 

İki ay ərzində isə xalis alış 104,452 mln. dollar, o cümlədən alış 418,095 mln. dollar, satış isə 313,643 mln. dollar təşkil edib. 

Xəbər xətti