Ana səhifə
21 İyun 2018

ABŞ və İtaliya jurnalistləri Mətbuat Şurasında olublar

Bu gün ölkəmizdə səfərdə olan xarici jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar.

Şuradan Ucnoqta.az-a verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ABŞ və İtaliyanın nüfuzlu media orqanlarında siyasi şərhçi kimi fəaliyyət göstərən Nurit Qrengerdən, Yason Katsdan, Lello  Stelettidən, Raqul Kontrerasdan və Domenika Letisiyadan ibarət nümandə heyətinin üzvlərinə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.
Mətbuat Şurasının KİV-lərin 11 aprel növbədənkənar Prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini apardığını vurğulayan Ə.Amaşov xarici jurnalistləri prosesin metodları ilə tanış edib.

Qeyd edək ki, ABŞ və İtaliyadan olan jurnalistlərin ölkəmizə səfərlərindən məqsəd11 aprel Prezident seçkilərini işıqlandırmaqdan ibarətdir. Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə medianın mövcud istiqamətdəki fəaliyyətindəki müxtəlif məqamlardan söz açılıb. 

Tarix
9 Aprel 2018 [18:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin