Azərbaycanda orta illik inflyasiyanın səviyyəsi birinci rübün yekunlarına əsasən dörd faiz təşkil edib.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mətbuat konfransında deyib. E.Rüstəmov bildirib ki, mart ayının sonuna olan vəziyyətə görə, ərzaq məhsulları üzrə orta illik inflyasiya 4,5 faiz, qeyri-ərzaq malları 4,3 faiz, xidmətlər üzrə inflyasiya 2,9 faiz təşkil edib.
Tarix
9 Aprel 2018 [21:07]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin