Ana səhifə
25 Sentyabr 2018

Masallıda törədilən qətlin üstü açıldı

Aprelin 8-də Masallı rayonunun Mollaoba kənd qəbiristanlığında kənd sakini Urfan Həsənovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Camalov tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Tarix
9 Aprel 2018 [13:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin