SOCAR 15 ildə 2 mln. metrdən çox qazma işi görüb

15:14 - 6 Aprel 2018 - İQTİSADİYYAT

Son 15 il ərzində 2 mln. metrdən çox qazma işi həyata keçirilib və 1 222 yeni quyu tikinti ilə başa çatdırılaraq istismara təhvil verilib.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib:

“Emal sənayesini xammalla təchiz etmək üçün Azərbaycan neftçilərinin qarşısında son illərdə duran əsas vəzifə hasilatın səviyyəsini sabit saxlamaq olub. Məlumdur ki, Azərbaycanın neft sənayesi qədim tarixə malikdir. Bu səbəbdən Azərbaycan neftçiləri dünyada neft sənayesinin pionerləri kimi zəngin istehsalat təcrübəsinə sahibdirlər. Ancaq hazırda SOCAR-ın balansında olan bir çox neft yataqları uzun illər ərzində istismar edildiyi üçün köhnəlməkdədir, bu da öz növbəsində həmin yataqlarda hasilatın təbii azalması ilə nəticələnir. Buna baxmayaraq Azərbaycan neftçilərinin böyük məharəti, təcrübəsi və səriştəsi nəticəsində biz bir çox köhnə yataqlarda neft hasilatını stabil saxlamağa, hətta ayrı-ayrı yataqlar üzrə son illərin ən yüksək hasilat göstəricilərini əldə etməyə nail olmuşuq. Bu, ilk növbədə qazma işlərinin genişləndirilməsi nəticəsində mümkün olub”.

SOCAR prezidenti qeyd edib ki, axtarış-qazma işləri, məlum olduğu kimi, böyük xərclər hesabına başa gəlir. R. Abdullayev bildirib ki, dövlət şirkəti olaraq SOCAR-ın bu nailiyyətlərində şübhəsiz ki, dövlətin və Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi və bütün bu işlərə məharətlə rəhbərlik etməsi müstəsna önəm daşıyır: “Bu xəttin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur”.report

Xəbər xətti