Ana səhifə
17 Noyabr 2018

Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir. Teatrın kollektivi 7-8 aprel tarixlərində 6 səhnə əsəri ilə tamaşaçıların görüşünə gələcək.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, həmişə olduğu kimi bu həftə də teatrın repertuarı həm məktəblilər həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, aprel ayının 7-i saat 12:00 və 14:00-da  Y.Şvarts “Çirkin ördək balası”,  8-i isə eyni saatlarda A.Lindqrenin “Uzuncorab Pippi”  tamaşaları nümayiş olunacaq. 
Teatrın axşam repertuarında isə 7 aprel tarixində saat 19:00-da U.Şekspir  “Romeo və Cülyetta” (ingilis dilində titrlərlə) 8 aprel eyni saatda Ə.Əmirlinin “Hasarın o üzü” tamaşaları nümayiş olunacaq. 
 

Tamaşaçılar tərəfindən hər zaman maraqla qarşılanan səhnə əsərlərində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Həmidə Ömərova, Əməkdar artistlər Nofəl Vəliyev, Naibə Allahverdiyeva, aktyorlar Mirzə Ağa Mirzəyev, Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Günel Məmmədova, Asya Atakişiyeva və Səbinə Məmmədova ifa edəcək. 

 

Tarix
6 Aprel 2018 [18:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin