Ana səhifə
25 Sentyabr 2018

UEFA reqlament dəyişikliyini təsdiqləyib

UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasının (AL) 2018-19 mövsümündə reqlament dəyişikliyini təsdiqləyib.

Ucnoqta.az Apasport.az saytına istinadən xəbər verir ki, ən ciddi dəyişiklik əvəzetmələrlə bağlıdı. Qurumun prezidenti Aleksandr Çeferin tərəfindən ötən ay Slovakiyada təşkil olunmuş iclasdan sonra təklif olunan 4-cü əvəzləmə ilə bağlı yenilik artıq qüvvəyə minib. Belə ki, gələn mövsümdən ÇL və AL-in pley-off mərhələlərində baş məşqçilər 4 dəyişiklikdən yararlana biləcəklər. Bu qarşılaşmalarda qalib müəyyənləşməzsə, əlavə edilmiş 30 dəqiqədə 4-cü dəyişiklik imkanı yaranacaq. Bu qərar UEFA Superkuboku üçün də keçərlidi.
Həmçinin klub turnirlərinin finalında baş məşqçilər iştirak ərizəsinə 23 futbolçunun adını yaza biləcəklər ki, belədə ehtiyatda 12 oyunçu olacaq.

Bundan başqa, Çempionlar Liqası matçlarının başlama saatı da fərqli olacaq. Gələn mövsümdən qarşılaşmalar Avropa vaxtı ilə saat 21:00-da (hazırkı Bakı vaxtı ilə saat 23:00) start götürəcək. Qrup mərhələsinin çərşənbə axşamı və çərşənbə günü keçiriləcək iki oyunu isə saat 18:55-də (20:55) başlayacaq. Qrup mərhələsinin son turunda bütün oyunlar eyni vaxtda başlayacaq.
 

Avropa Liqasında qrup mərhələsindən 1/8 finala qədərki qarşılaşmalar saat 18:55-də (20:55) və 21:00-da (23:00) start götürəcək. Matçların saatı püşkatmaya uyğun təyin olunacaq. Bu turnirdə də son turun bütün oyunlarının start fiti eyni anda veriləcək. 1/4, yarımfinal və final matçları isə 21:00-da (23:00) başlayacaq.
UEFA Super Kuboku uğrunda görüş saat 21:00-da (23:00) start götürəcək. Bu, avqustun 15-də Estoniyanın paytaxtı Tallində oynanılacaq matç üçün də keçərlidi.

Digər dəyişiklik transferlərlə bağlıdı. Belə ki, ÇL və AL-də qrup mərhələsi başa çatdıqdan sonra klublar avrokuboklarda çıxış etmək üçün 3 futbolçu sifariş edə biləcəklər. Yəni qışda transfer olunacaq 3 oyunçunun yeni komandasında iştirakına heç bir məhdudiyyət qoyulmayacaq.

Tarix
27 Mart 2018 [16:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin