Dünyanın ən xoşbəxt ölkələrinin SİYAHISI açıqlandı - Finlandiya 1-ci

01:50 - 15 Mart 2018 - DÜNYA

Dünyanın ən xoşbəxt ölkəsi Finlandiya hesab olunub.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin hazırladığı “Dünya Xoşbəxtlik Hesabatı”nda deyilir.
 

Qeyd edək ki, Finlandiya bu reytinqdə ötənilki lider Norveçi qabaqlayıb.
 

İlk onluğa isə bu ölkələrdən başqa Danimarka, İslandiya, İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya daxil olub.
 

Qeyd edək ki, ümumilikdə siyahıda 156 ölkə yer alıb.

Xəbər xətti