“Dünya hazırda, istiqlal savaşında olduğu kimi Türkiyənin və türklərin qarşısında dayanıb”. Bunu Türk Dünyası Parlamentlər İttifaqının sədri Nail Çələbi bu gün keçirdiyi mətbuat konfransinda deyib. O qeyd edib ki, Türkiyə terror və terrora dəstək verən ölkələrə qarşı tək başına mübarizə aparır. Türkiyənin Afrində başlatdığı “Zeytin Budağı” əməliyyatında sonuna qədər haqlı olduğunu vurğulayan Çələbi, ölkəsinin təklənməyə çalışıldığını vurğulayıb. Çələbi, "Artıq Avropa Birliyi bənzəri Bir Türk Birliyinin qurulması şərtdir. Türk Birliyi olsaydı Türkiyə bu qədər yalnız olmaz, dayanacaq bir gücümüz olardı" deyə bildirib. N.Çələbi, dövlətin və ölkənin həmişə birliyə və həmrəyliyə nail olması üçün çalışdıqlarını izah edərək, bildirib ki, "İndi Türkiyə Birliyi dövrüdür və bunun üçün bütün gücümüzlə işləyəcəyik".
O, Qeyri-Hökumət Təşkilatlarının Türk dünyasının birliyi və həmrəyliyi üçün son dərəcə əhəmiyyətli olduğunu izah edib: "Türk dünyasının millət vəkilləri, jurnalistlər, iş adamları, idarəçilərlə və QHT-lərlə əl-ələ verərək Türk dünyasının birliyi üçün çalışacağıq".
Bu çərçivədə Çələbi Türk jurnalistlərdən də dəstək istəyib.