Ana səhifə
20 Sentyabr 2018

XII Qış Paralimpiya Oyunlarının Açılış mərasimi keçirilib - FOTO

Cənubi Koreyanın Pxençxan şəhərində XII Qış Paralimpiya Oyunlarının Açılış mərasimi keçirilib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, tədbir Olimpiya stadionunda baş tutub. On gün ərzində keçiriləcək yarışlarda 6 idman növü – biatlon, dağ xizəyi idmanı, xizəksürmə, snoubord, kirşə üzərində hokkey və əlil arabaları ilə körlinq üzrə 80 dəst medal sahibini tapacaq.

Azərbaycan idmançılarının iştirak etməyəcəyi Oyunlarda yarışlar üç kateqoriya üzrə - görmə əngəli olanlar, məsafəni ayaq üstə dəf edə bilənlər və əlil arabaları ilə mübarizə aparanlar arasında təşkil ediləcək.

Daha çox medal dağ xizəyi idmanında olacaq – 30 dəst. İdmançılar sürətli eniş, slalom, böyük slalom, supernəhəng slalom və kombinasiya üzrə yarışacaqlar. Xizəksürənlər sprint, qarışıq və açıq estafetlərdə, eləcə də 7.5 km, 10 km, 12 km, 15 km və 20 km məsafələrə yürüşlərə qatılacaqlar. Biatlon növündə kişilər arasında 7.5 km, 12.5 km və 15 km, qadınlarda isə 6 km, 10 km və 12.5 km məsafələrə yarışlar planlaşdırılıb.
Kirşə üzərində hokkey yarışları kişilər arasında olacaq. Əlil arablarında körlinq üzrə isə kişi və qadınların yer alacağı qarışıq komandalar mübarizə aparacaqlar.

XII Qış Paralimpiya Oyunlarında rekord sayda - 49 ölkədə 567 idmançı iştirak edəcək. Gürcüstan, Tacikistan və Koreya Xalq Demokratik Respublikası (KXDR) ilk dəfə olaraq Oyunlarda təmsil olunacaq. Rusiya idmançıları isə diskvalifikasiya ilə əlaqədar neytral statusda – Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında iştirak edəcəklər. Bununla yanaşı, Rusiyanın kirşə üzərində hokkey komandası yarışlardan kənar qalacaq.
Qeyd edək ki, XII Qış Paralimpiya Oyunlarının Bağlanış mərasimi martın 18-də keçiriləcək.

Tarix
9 Mart 2018 [16:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin