21 yaşlı braziliyalı "Barselona"ya keçməyə yaxındır

23:55 - 9 Mart 2018 - İDMAN

Braziliyanın "Qremio" futbol klubunun yarımmüdafiəçisi Artur Ramos "Barselona"ya keçməyə yaxındır.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu "Qremio"nun prezidenti Romildo Bolzan deyib.
 

O qeyd edib ki, hər şey yekun mərhələdədir: "Sənədləri imzalamaq qalır, bundan sonra transfer həyata keçiriləcək. Düşünürəm ki, bütün məsələlər yaxın günlərdə həll olunacaq".
 

21 yaşlı A.Ramosun 40 milyon avro qarşılığında növbəti mövsümdən İspaniyanın "Barselona" komandasına qoşulacağı gözlənilir.

Xəbər xətti