Ana səhifə
20 İyun 2018

Narkotiklə tutulan şəxs başqa cinayətlər də törədib

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin mənzil oğurluğu cinayətlərinin üstünün açılması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

"Ucnoqta.az" DİN-dən Modern.az-a verilən məlumata istinadən bildirir ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanı qəsəbə sakini Seymur Zeynalov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 16,415 qram narkotik vasitə olan heroin aşkar edilib. Axtarış tədbirlərinin davamı olaraq S.Zeynalovun əlindəki çantadan 2200 Avro, 246 manat, habelə 30 ədəd qapı açarı və 7 ədəd müxtəlif növ medal müəyyən olunaraq götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman isə əlavə olaraq gizlətdiyi 2 kiloqram 250 qram heroin də aşkar olunub.
 
S.Zeynalov ifadəsində Sabunçu, eləcə də digər rayonların ərazilərində silsilə mənzil oğurluqları törətdiyini və üzərindən aşkar olunan pul və qiymətli əşyaları həmin cinayətlər nəticəsində ələ keçirdiyini bildirib.
Qeyd edilən faktlarla bağlı 12-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Tarix
7 Mart 2018 [12:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin