Sərgən Yalçın baş məşqçi təyin olunub

23:25 - 5 Mart 2018 - İDMAN

Türkiyənin “Konyaspor” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Ucnoqta.az" “Report”aa istinadən xəbər verir ki, Super Liqanın XXIV turunda evdə “Yeni Malatyaspor”a 0:1 hesablı məğlubiyyətdən sonra müqaviləsinə xitam verilən Mehmet Özdileki Sərgən Yalçın əvəzləyib.

46 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, “Konyaspor” hazırda 21 xalla 16-cı pillədə qərarlaşıb. 

Xəbər xətti