Ana səhifə
24 Sentyabr 2018

“CinemaPlus”da "Bir xalanın sirri" filminin qalası keçirilib

Gənclik Mall TM-də yerləşən Azərbaycanın “CinemaPlus” premium kinoteatrında komediya janrında olan "Bir xalanın sirri" filminin Qala Gecəsi keçirilib.

"Cinemazadeh" studiyası və "İlk Media"nın birgə istehsalı olan filmin galasında, rol alan aktyorlar, tanınmış incəsənət nümayəndələri, dəvət olunan qonaqlar, media nümayəndələri iştirak ediblər.
Filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təşkil olunub.
Rejissor Emil Quliyev, prodüserlər isə "Cinemazadeh" studiyasının baş direktoru Cəfər Axundzadə və "İlk Media" şirkətinin direktoru İlkin Həsənidir.
Filmdə rolları İlkin Həsəni, Ramil Babayev, Azər Baxşəliyev, İlkin Misgərli, Nicat Rəhimov, Elşən Orucov, Gülzar Əşrəfova ifa ediblər.
Filmin süjet xəttinə görə, hadisələr "Bozbash Pictures"in 6 əsas qəhrəmanının başına gəlir.
Bacısına toy eləmək istəyən Şoşu toya iki gün qalmış təzə kürəkəni də götürüb, qohumları ilə birlikdə paytaxda toyqabağı istirahət üçün gəlirlər. Paytaxtdakı əyləncə mərkəzlərinin birində spirtli içki qəbul edən qohumlar bir də gözlərini səhər oteldə açırlar. Bundan sonra qəhrəmanların hərəsi bir yerdə, bir vəziyyətdə aşkar olunur.
Film martın 1-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

 

Tarix
1 Mart 2018 [16:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin