Elxan Yaqubov: ”Kitabın təsirindən iki-üç il çıxa bilmədik”

02:09 - 25 Fevral 2018 - ÖLKƏ İÇİ

Bildiyimiz kimi 26 fevral millət olaraq qan yaddaşımıza hopub. Hər il ölkımizdə və ölkəmizdən kənarda Xocalı faciəsini tanıtmaq üçün yüzlərlə tədbirlər keçirilir. Xocalıya və Xocalı siyqırımına aid kitablar, jurnallar çap olunaraq yayılır. Xocalıya aid yazılan kitablardan biri də "Torpaq qan ağlayır” kitabıdır. Kitabın müəllifləri tanınmış yazarlar Elxan Yaqubov və Yusif Məhəmmədoğludur. Biz də facinin növbıti il dönümü ərfəsində hər iki müəlliflə həmsöhbət olduq.Beləliklə müsiblərimiz Elxan Yaqubov və Yusif Məhəmmədoğludur.

– Elxan müəllim xoş gördük. Necə oldu ki, belə bir kitabı yazdınız və geniş oxucu auditoriyasına təqdim elədiniz?

Əvvələ təşəkkür edirəm ki, Xocalı faciəsinin il dönümündə bir müəllif olaraq bizi də yad eləmisiz.Bildiyimiz kimi Xocalı əsrin faciəsidir və bu faciədən yazmaq hər bir yazarın mənəvi borcudur. Mənim bundan başqa da tarixi faciələrimizdən bəhs edək kitabım çap olunub.Xocalı ilə bağlı kitab yazmaq təklifi Yusif müəllimdən gəldi.İki ilə qədər bir zaman kəsiyində birlikdə yazdıq.Bir müddət də üzərində ciddi redaktələr apardıq. Sonda çap məsələsi qalmışdı onu da həll elədik.

- Elxan müəllim, qeyd elədiniz ki, bu kitabdan başqa da tarixi bir kitabınız çap olunub. Bundan sonra necə bu istiqamətdə hansısa bir kitab yazmaq və çap elədirmək fikriniz varmı?

– Bilirsiniz ki, Heydər Əliyev Fondunun vetse prezidenti hörmətli Leyla xanım Əliyeva neçə illərdir ki, Xocalıya ədalət kompaniyası həyata keçirir. Biz də bir vətəndaş və bir yazar olaraq bu aksiyaya dəstək vermək istədik. Düşünürəm ki, bu yöndə kitab yazmaq hər bur yazarın borcudur. Mənim bundan qabaq yazdığım və bu "Torpaq Qan Ağlayır” kitabımız son olmayacaq. Allah nəsib eləsin ki, Qələbə müjdəli kitablar yazaq. Amma yaxın gələckdə yenə də bunun kimi tariximizi və faciələrimizi özündə əks etdirən kitabımızı yazıb nəşr etdirmək fikrimiz var.

– Elxan müəllim, kitabı yazmaq çətin olmadı ki? Yani faciədən yazmaq və sonra da bu faciınin təsirindən çıxmaq var axı.

-Yazar üçün yazacağı kitabın çətinlikləri əvvəlcədən qəbul olunur. Belə ki, biz bilirdik ki, heç də asan mövzudan yazmırıq. Biz kitabl işlədikcə hər sətrində belə o faicəni yaşamışıq. O faciəni öz içində yaşamasan yazmaq olmaz. Ona görə də biz qarşımıza çıxan hər bir çətinliyə dözdük və hər bir ağrı-acını qəbul elədik. İllər keçsə də kitabın təsirindən çıxa bilmirəm. Yenə də qeyd edirəm ki, bu mövzuda kitab yazmaq asan məsələ deyil.Allah heç bir millətə belə bir faciə yaşatmasın və heç bir yazara da öz millətinin faciəsindən kitab yazmağı nəsib eləməsin.Allah qoysa Ali Baş Komandanımız çox hörmətli prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunar və biz yazarlar da ancaq Qələbə müjdəli kitablar yazarıq.

Söhbətimizi digər müəllif Yusif Məhəmmədoğlu ilə davam etdiririk.

– Yusif müəllim, necə oldu ki, "Torpaq qan ağlayır” adlı bir kitab yazmaq qərarına gəldiniz?

– Mən yazar və jurnalist olaraq fəaliyyət göstərdiyim dövrlərdə zaman-zaman təkcə Qarabağ yox, digər itirilmiş torpaqlarımız – Dərbənd, Təbriz, Borçalı və s. baradə yazılar yazırdım. Xocalı faciəsi qətliam olduğuna görə, belə bir təşəbüssdən yan keçmək olmazdı. Ona görə, Bioloji Təbabət klinikasının rəhbəri Elxan müəllimlə birlikdə sözügedən kitabı ərsəyə gətirdik. Daha doğrusu, materialları topladıq, kitab çapa getməmişdən öncə Xocalı şəhərinin keçmiş icra başçısı, hal-hazırda millət vəkili olaraq fəaliyyətini davam etdirən Elman müəllimlə, Xocalı şəhərinin hazırkı icra başçısı Şahmar müəllimlə, eləcə də görkəmli akademikimiz Nizami müəllimlə məsləhətləşdik və sonuncunun ön sözü ilə kitabı çapa verdik. Biz əslində kitabı dünyanın bir neçə dilinə tərcümə də etdirmək istəyirdik, lakin maliyyə çatışmazlığına görə alınmadı.

– Maliyyə dəstəyi üçün hər hansı bir dövlət qurumuna müraciət etmişdinizmi?

– Çapdan öncə rəsmi qaydada olmasa da, şifahi qaydada müraciətlər olunmuşdu. Amma müsbət cavablar ala bilmədik, təəssüf ki. Lakin Elxan müəllim sağ olsun, kitabın çapına qədər hər bir şeyi öz üzərinə götürdü. Onun sayəsində bu kitab ərsəyə gəldi.

– Bəs çapdan sonra bu kitabı haralara payladınız?

– Daha çox məktəblərə və Xocalılara. Düşünürəm ki, bu kitab məktəblilər üçün bir vəsait hesab oluna bilər. Çünki, kitabda arxiv materiallarından, eyni zamanda Xocalı şahidlərinin ifadələrindən geniş şəkildə istifadə olunub.

– Kitabın ərsəyə gəlməsi üçün nə qədər vaxt sərf etdiniz?

– Təxminən iki ilə yaxın.

– Kitabın sizə ən çox təsir edən hissəsi hansıdır?

– Bu elə bir kitabdır ki, hər səhifəsində, hətta hər bir sətrində bir ağrı, bir acı var. Buna görə də, biz kitabın redaktəsi, korrektəsi zamanı çalışırdıq ki, özümüzü oxumayaq, digər yoldaşlar oxusunlar.

– Ümumiyyətlə, kitab tam hazır olandan sonra özünüz oxudunuzmu?

– Desəm ki, oxmamışam yalan olar, desəm ki, axıra qədər oxumuşam, o da yalan olar. Kitabı özümüz yazdığımız üçün orada söhbətin nədən getdiyini yaxşı bilirdim, həm də oxuduqca həmin ağrını-acını yaşamaq adama çətin gəlir.

– Azərbaycanda kitabları brendləşmiş yazıçılar kifayət qədərdir. Amma məsələ burasındadır ki, məhz bu səpkidə kitablar az-az yazırlar, yaxud da həmin kitablar brend ola bilmir. Sizcə, problemim kökü nədədir?

– Gəlin, məsələyə belə yanaşmayaq. Zaman-zaman bizim yazıçılar, şairlər, rəssamlar və s. öz əsərlərində həmişə vətən sevgisini, vətən həsrətini işıqlandırıblar. Məsələn, bizim çox dəyərli millət vəkilimiz Aqil Abbas "Dolu” romanını yazdı və o romana bir film də çəkildi. Həmin romanın sonluğu yoxdur, çünki Aqil müəllim romanın davamını xalqımız qələbəsi kimi görür. Bunun özü çox təqdirəlayiq bir addımdır. Belə əsərlərin, romanların sayı nə qədər çox olsa, faciələrimiz xalqın yaddaşında bir o qədər möhkəmlənər. İnanın mənə, Elxan müəllimlə mən kitabın təsirindən iki-üç il çıxa bilmədik. Hətta yuxularımızda da görürdük o səhnələri. O ki qaldı sizim dediyiniz fikrə, bəli, sizin dediyinizdə də həqiqət var. Belə kitablar fərdi olaraq yox, toplum olaraq yazılmalı və toplum olaraq təbliğ edilməlidir.

– Ümumiyyətlə, indiki nəslin milli vətənpərvərlik ruhu sizi qane edirmi?

– Bu sualın cavabında nə bəli, nə də xeyr deyə bilməyəcəyəm. Çünki hərənin bir yanaşma tərzi var. Bəziləri başımıza gələn faciələrə ağlayır, sızlayır və elə bilir ki, bununla hər şey bitdi. Amma biz indi ağlamaqdan çox təbliğlə məşğul olmalıyıq. Mən faciələrimizlə bağlı Bakıda və rayonlarımızda keçirilən tədbirlərin daha çox xarici ölkələrdə keçirilməsinin tərəfdarıyam. Bu işdə təkcə dövlətin özü maraqlı olmalı deyil. Hər birimizin üzərinə imkan daxilində yük düşür. Məsələn, elə iş adamları var ki, oğluna toy edir və toya gətirdiyi müğəninin qiyməti 150 min manat olur. Amma 5-3 min manat xərcləyib vətənpərvətlik yönümlü hər hansı bir kitabı xarici dillərdə nəşr etdirmir. Bilirsinizmi, bu məsələləri kiməsə aşılamaq, təlqin etməklə deyil. Adamın öz canında gərək vətən sevgisi olsun!

– Yusif müəllim, son olaraq, gələcək planlarınız barədə danışmağınızı istərdim.

– İnşallah, bu kitabın təkmilləşmiş formasını yenidən çap etdirmək fikrimiz var. Eyni zamanda ən azından rus və ingilis dillərində çapa hazırlamağı düşünürük. Bundan başqa, tarixi həqiqətlərlə bağlı növbəti kitablar yazmağı planlaşdırırıq.

Xəbər xətti