Bu qurum fəaliyyətini dayandırdı

16:00 - 24 Fevral 2018 - Cəmiyyət

Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi (AARC) 28 fevraldan etibarən fəaliyyətini dayandıracaq.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə mərkəzin rəsmi feysbuk səhifəsində məlumat yayılıb.

 

Mərkəzin fəaliyyətini dayandırmasına səbəb kimi maliyyə çatışmazlığı göstərilir: “Təəssüf hissi ilə qeyd edirik ki, AARC heyvanları xilasetmə mərkəzi və baytar klinika 28 fevral 2018-ci il tarixindən etibarən fəaliyyətini dayandırır. Bizim sponsor hesabına faəliyyət göstərdiyimiz hər kəsə məlumdur və artıq təəssüf ki, sponsorumuzun maddi problemləri ilə bağlı bu fəaliyyətə son qoyulur”.

Xəbər xətti