Ana səhifə
17 Fevral 2019

Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atılıb

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. 

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub. Cütlərin tərkibi "kor püşk"ə əsasən müəyyənləşib. Yəni, komandaların səpələnmişlər və səpələnməmişlər səbətlərinə, eləcə də ölkə bölgüsü aparılmayıb. Yeganə istisna kimi Rusiya və Ukrayna komandaları bir-birilərinə rəqib olmalarına imkan yaradılmayıb. Bu isə iki ölkə arasındakı siyasi münasibətlərin qaydasında olmaması ilə əlaqədardır. 

1/8 finalda görüşəcəklər: 

"Latsio" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

"Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya)


"Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Moskva, Rusiya)


MOİK (Moskva, Rusiya) - "Lion" (Fransa)


"Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)


"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Plzen, Çexiya)


"Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya)


"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)


Oyunlar martın 8-də və 15-də keçiriləcək. İlk görüşlər adları birinci göstərilən komandaların meydanında təşkil olunacaq.

Tarix
23 Fevral 2018 [16:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin