ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi istefa verdi

15:37 - 22 Fevral 2018 - SİYASƏT

ATƏT PA-nın istefa verən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ATƏT-in Minsk qrupu həmsədrlərinin işini tənqid edib.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bu gün ATƏT PA-nın Vyanadakı qış sessiyasında final hesabatı ilə çıxış edən K. Vigenin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupu həmsədrləri ilə əməkdaşlıq və koordinasiya şəklində ATƏT PA-nın regionda rolunun gücləndirilməsi ilə bağlı bir sıra səylər irəli sürdüyünü deyib: “Lakin həmsədrlər öz işləri barədə məlumat vermək üçün bir neçə dəfə ATƏT PA-nın dəvətlərini, hətta qeyri-rəsmi görüş təkliflərini rədd ediblər. Mən onlarla bu məsələ ilə bağlı görüşlərimi bölüşmək və parlamentarilərin bu prosesdə rolunun artırılmasının vacibliyini danışmaq üçün bir dəfə görüşə bildim.
 
Biz fəaliyyətimiz barədə gələcəkdə də məlumat mübadiləsi barədə razılığa gəldik, lakin bu məsələyə ciddi şəkildə cəlb edilən olmadı.
 
Onların işi hələ də qapalı olaraq qalır. Həmsədrlər yalnız nadir hallarda özündə az məlumat əks etdirən press-relizlər yayırlar”.

Xəbər xətti