Ana səhifə
26 Sentyabr 2018

Monteneqro Prezidenti Azərbaycana gələcək

Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycana gələcək.
 

"Ucnoqta.az" Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata istinadən bildirir ki, komitənin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də Bakıda keçiriləcək VI Qlobal Bakı Forumunda Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç iştirak edəcək.
 

“İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan Forumda Filip Vuyanoviçin çıxışı nəzərdə tutulub.
 

Monteneqro Prezidentinin Çinin xarici siyasəti mövzusunda keçiriləcək paneldə çıxışı planlaşdırılır.
 

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Monteneqro arasında artıq bir neçə ildir sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın nəticəsi olaraq Filip Vuyanoviç artıq üçüncü dədfədir Qlobal Bakı Forumuna qatılır. O, bundan əvvəl 2016 və 2017-ci illərdə IV və V Qlobal Bakı Forumlarında iştirak edib.
 

VI Qlobal Bakı Forumunda Monteneqro Prezidenti ilə yanaşı, Albaniya Respublikasının Prezidenti İlir Meta və digər dövlətlərin prezidentlərinin, hökumət başçılarının iştirakı gözlənilir. Forumda həmçinin, keçmiş dövlət və hökumət rəhbərləri, tanınmış ictimai-siyasi xadimlərdən ibarət 500 nəfərədək qonağın iştrakı planlaşdırılır.
 

Forumda əsasən beynəlxalq münasibətlərdə güc anlayışı, beynəlxalq münasibətlər sistemində meydana çıxan yeni güclər, çoxluqlar milli azlıqlara qarşı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda hazırkı və gələcək vəziyyət – regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə ediləcək.

Tarix
19 Fevral 2018 [16:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin