"Beşiktaş" Taliskanı almaq üçün Neqredonu satışa çıxarır

00:40 - 20 Fevral 2018 - İDMAN

"Beşiktaş" futbol klubunun rəhbərliyi Taliskanı heyətə daxil etmək üçün yeni addım atacaq.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, oyunçu Neqredonun Çinə satılaraq transfer üçün pul əldə edilməsi planlaşdırılıb.

Klub rəhbərliyi "Bayern Munchen"lə oyundan sonra Çindən gələn təklifləri yenidən dəyərləndirməyə qərar verib. Neqredo 10 milyon və ya daha baha satılaraq "Benefica"dan Anderson Taliskanın transferi planlaşdırılıb.

Xəbər xətti