Nazirlərin IV iclasında birgə bəyannamə imzalandı

17:15 - 15 Fevral 2018 - SİYASƏT

Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası başa çatıb.
 
"Ucnoqta.az" "APA-Economics"ə istinadən bildirir ki, iclasın yekununda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə” imzalanıb.
 
Bununla yanaşı, iclasın yekununda “Albgaz” və “SOCAR Balkans”, həmçinin “Plinacro”, “Albgaz”, “BH Gas” və “Montenegro Bonus” arasında niyyət məktubları imzalanıb.
 
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da,  üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.

Xəbər xətti