Hindistan səfiri icra başçısı ilə görüşdü - FOTO

15:40 - 15 Fevral 2018 - SİYASƏT

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Lənkərana səfər edib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, diplomatı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul edib. Qəbul zamanı İcra başçısı qonağa rayonun təbii-coğrafi mövqeyi, tarixi, iqtisadiyyatı və mədəniyyəti barədə məlumatlar verərək, Azərbaycan-Hindistan dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində Lənkəranla dost ölkə arasında iqtisadi-mədəni əlaqələrin və əməkdaşlığın qurulmasında, xüsusilə kənd təsərrüfatının çayçılıq, çəltikçilik və sitrusçuluq bölmələrinin inkişafı ilə bağlı təcrübə mübadiləsində maraqlı olduğunu bildirib. 
 

Görüşdə, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizlərinin də bu əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb.
 

Sanjay Rana qarşılıqlı olaraq bu fikirləri dəstəklədiyini, ikitərəfli əlaqələrin qurulmasında bir səfir kimi bütün imkanlardan istifadə edəcəyini söyləyib.
 

İcra başçısı ilə görüşdən sonra Hindistanın səfiri sitrus bağları təsərrüfatında, “Lənkəran Mexanikləşdirmə” MMC-də, “Cənub-Aqro” MMC-nin çəltik emalı zavodu və çəltik plantasiyalarında, “Yaşıl Çay” fermer təsərrüfatının çay sahələrində olaraq bu təsərrüfatların iş şəraiti ilə yaxından tanış olub, həmçinin Hirkan Milli parkına baş çəkib.


Xəbər xətti