Ana səhifə
14 Noyabr 2018

Prezident “Cənub Qaz Dəhlizi”nin önəmindən danışdı

"Cənub Qaz Dəhlizi” layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur”.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bunu Azәrbaycan prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib.
 

İclasda iştirak edən dövlətlərlə qurulan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan dövlət başçısı bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinə dünyanın aparıcı maliyyə təsisatları öz töhfələrini verir. O vurğulayıb ki, irimiqyaslı layihələrin reallaşdırılması güclü və effektiv komandanın yaradıldığını nümayiş etdirir və beynəlxalq əməkdaşlığı daha da artırır. 
 

 "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının yaradılmasında məqsəd səylərimizi əlaqələndirməkdir” deyən prezident bildirib ki, bu layihənin həyata keçirilməsini Azərbaycanın strateji məqsədlərindən biri olduğunu deyib. 
 

Dövlət başçısı bu layihənin icrasının enerji ehtiyatlarının istifadəsinə, insan kapitalına və infrastrukturun yaradılmasına uzunmüddətli töhfə verdiyini diqqətə çatdırıb. O, layihə ilə bağlı indiyə qədər görülən işlərdən danışarkən vurğulayıb ki, artıq işlər həlledici mərhələyə daxil olub və 2017-ci il layihənin icrasında mühüm il olub. 
 

Bu layihənin iqtisadi inkişafa, regional əməkdaşlığa töhfə verdiyini deyən dövlət başçısı onun enerji ehtiyatlarının daşınması ilə bağlı layihələrə də güclü dəstək verdiyini diqqətə çatdırıb. 
 

“Cənub Qaz Dəhlizi” layihəsinin vacib seqmenti olan TANAP boru kəmərinin inşasına dair İstanbulda imzalanan sazişin əhəmiyyətindən danışan prezident bu layihənin iqtisadi faydasının bütün iştirakçı dövlətlər üçün əhəmiyyətli olduğunu qeyd edib. 
 

Dövlət başçısı ötən il “Azəri-Çıraq-Günəşli” neft yataqlarının istismarına dair müqavilənin 2050-cı ilə qədər uzadılmasının önəmini də vurğulayıb.  
Uğurla icra edilən layihələrin Azərbaycanı beynəlxalq ictimaiyyətə etibarlı tərəfdaş kimi təqdim etdiyini deyən prezident bildirib k, Bakı-Tiblisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru xətləri bunun ən gözəl nümunəsidir. 
 

Dövlət başçısı Azərbaycanın iqtisadi sahədəki nailiyyətlərini konkret rəqəmlərlə diqqətə çatdırıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərdən danışan prezident bu cür layihələrin bütün ölkələr üçün fayda verəcəyinə  əminliyini ifadə edərək tədbir iştirakçılarını gələn il keçiriləcək beşinci toplantıya dəvət edib. 

Tarix
15 Fevral 2018 [15:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin