"Azərbaycanda ictimai-siyasi sabitlik var" — Məzahir Pənahov

12:00 - 15 Fevral 2018 - SİYASƏT

“Demokratik-şəffaf seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik mütləqdir. Amma, bu hal bizim üçün problem kimi qeyd olunmur. Arzu edirəm ki, gələcək nəsillər də bu problemlə qarşılaşmasınlar".

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov deyib. 
 

Onun sözlərinə görə, Azərbaycanda Dairə Seçki Komissiyları üçün yaradılan şərait Avropa və Asiya ölkələrindəki müvafiq strukturlar üçün nümunə ola biləcək səviyyədədir: “Azərbaycanda MSK-nın böyük nüfuzu var. Artıq 10 ildir ki, 125 DSK sədrləri rayonların icra başçılarının müavinləri statusundadır. Bu çox düzgün bir qərardır. Azərbaycanda bu sahədə işlər nümunəvi təşkil edilib. Ancaq standartlar dəyişir, hər zaman aşağı seçki komissiyalarının fəaliyyəti təkmilləşməlidir. Çalışmalıyıq ki, Azərbaycanda keçirilən seçkilər ölkədən kənarda da yüksək qiymətləndirilsin”
 

“Tək bizə yox, digər ölkələrə də qərəzli münasibət olunur. Onların daxili işlərinə qarışlma cəhdləri olur. Ölkənin daxili işlərinə müdaxilə etməyin yeganə yolu isə seçkilərdir. Biz bizi istəməyənlərə də ölkəmizdə seçkilərin yüksək səviyyədə keçirilməsini qəbul etdirməliyik".

Xəbər xətti